İdman

“Qarabağ” Şahruddinə əvəzləyici tapıb? – FOTO

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa “Rakuv”una 2:3 hesabıyla uduzan “Qarabağ” qapı mövqeyi ilə bağlı hərəkətə keçib. Ağdam təmsilçisinin əsas “çərçivə qoruyucusu” Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, “Qarabağ” İngiltərənin “Haddersfild” klubunun qapıçısı Li Niçollzla maraqlanır. “Atlılar” Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.

Qeyd edək ki, “Uiqan” klubunun yetirməsi olan Niçollzun “Haddersfild”lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.

Onu da bildirək ki, təcrübəli “əlcək sahibi” çiynindən aldığı zədə səbəbilə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button