İdman
“Yuventus” UEFA-nın qərarına etiraz etməyəcək
Bu mövsüm avrokuboklardan kənarlaşdırılan İtaliya “Yuventus”u UEFA-nın qərarına etiraz etməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, cəzaya baxmayaraq, Turin təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamayacaq.
“Yeni mövsümdə idman məhkəmələrində yox, meydanlarda mübarizə aparacağıq. İndi diqqəti A Seriyasına və İtaliya Kubokuna yönəltməyin vaxtıdır. Bu iki yarışda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”, – klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, “Yuventus” maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
Milli.Az