İdman

Azərbaycan 31-ci Yay Universiadasında ilk medalını qazandı

Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, cüdoçumuz Leyla Əliyeva (48 kq) bürünc mükafata sahib olub.

Çendu Pekin və Şencendən sonra Çində yay universiadasının təşkil olunduğu üçüncü şəhərdir.

Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.

Azərbaycanı “Çendu-2021” Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 atlet 16 idman növündə təmsil edəcək. Ölkəmiz universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button