Ölkə

“Evdə hökmlü, sərt olduğu qədər də kövrək bir anadır”

Əməkdar artist Gülzar Qurbanova özü ilə bağlı paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, fotosunu yayımlayan aktrisa bunları əlavə edib:

“Mən gördüyüm bütün şəkillərində o, göründüyü kimi deyil, düşündüyü kimidir: qayğılı, fikirli, yorğundur. İllərin yorğunluğu var üzündə. Dincəlsə də, keçmir… O, düşüncə insanıdır. Mən inanıram ki, o, düşüncələri, arzuları ilə dünyanın ahəngini yaxşılığa doğru dəyişər və buna qadirdir. İnsanların əziyyətinə, zəhmətinə, ən xırda bir hörmətinə belə dünyalar qədər dəyər verəndir. Sadə şeylərdə gözəlliyi görməyi, sevinc anlarını qiymətləndirməyi və şükür etməyi bilir, özgəsinin ağrısını özünün şəxsi ağrısı hesab edir. Həmçinin çətin anları yaşamağı, onlardan öyrənməyi və fərd olaraq böyüməyi öyrənə bilir.

Evdə hökmlü, sərt olduğu qədər də kövrək, zərif bir anadır. Hər itkidən sağ çıxır, əlləri bürüş-bürüş olsa da güclüdür, dünyanı bir ovcuna sığdırar. Amma çox asanlıqla inciyər. Deyingəndir ( bir neçə ildir tərgidib), heç kimlə mübahisə etmir, həyatda məqsəd və məna onun üçün artıq  önəmli deyil, sadəcə  dadını hiss etmək istəyir. 

Bəzən onu incidən insanları bağışlamağa güc tapar. Ancaq onları yenidən həyatına buraxmaq istəmir. Yuxuda reallıqdan gizlənir. Yuxulayanda hər seyi unudar”

Milli.Az .


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button