İdman

“Neftçi” braziliyalı hücumçu transfer edir

Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.

Qeyd edək ki, 26 yaşlı hücumçu Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.

O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb.

Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.

2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.

Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.

Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button