Mədəniyyət

Filmdə TARİXİ SƏHVƏ yol verildi

“Oppenheimer” filmində daha bir tarixi səhvə yol verildiyi ortaya çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ekran işində həyatı canlandırılan Robert Oppenheymerin nəvəsi Çarlz açıqlama yayıb. O, filmin rejissoru Kristofer Nolanı babasının həyatını təhrif etməkdə günüahlandırıb. 

Çarlz ekran işində babasının zəhərli alma ilə bağlı səhnəsini uydurma adlandırıb. Belə ki, sözgedən səhnədə fizik zəhərli almanı öldürmək istədiyi universitet müəllimi Patrik Blekettin stolunun üstünə qoyur. Oppenheymer daha sonra fikrini dəyişərək sianidli almanı zibil qabına atır.

“Oppenheymerin kimisə öldürməyə cəhd etməsi ilə bağlı heç bir tarixi qeyd yoxdur. Bu, həqiqətən də ciddi ittihamdır. Onun heç bir dostu, hətta düşməni belə bu hadisənin baş verdiyi haqda danışmayıb. Kristofer illərdir danışılan əsassız söz-söhbətə istinad edib. Onun həyatından bəhs edən kitabı diqqətli oxusanız, hətta müəlliflərin belə sözügedən hadisənin həqiqətən baş verib-vermədiyindən əmin olmadıqlarını görəcəksiniz” deyə, Çarlz vurğulayıb.

Qeyd edək ki, daha əvvəl də filmdə tarixi səhvə yol verildiyi aşkarlanmışdı.

Ekran işinin baş rolunu aktyor Killian Mörfi canlandırıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button