Ölkə

Nazirlik əməkdaşı səfərdə infarkt keçirdi

Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Gündəm.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan əməkdaşımız müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.

Gənclər və İdman Nazirliyi göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button