İdman

Terens Krouford boks üzrə mütləq dünya çempionu oldu

Amerikalı boksçu Terens Krouford 12 raundluq döyüşdə həmvətəni Errol Spensi məğlub edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşıdurma 9-cu raundda nokautla başa çatıb.

35 yaşlı Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və əvvəllər Spensə məxsus olan Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.

Krouford üçün bu qələbə onun peşəkar karyerasında 40-cı olub (31 nokautla). O, heç vaxt uduzmayıb. 33 yaşlı Spens üçün məğlubiyyət 28 qələbəlik (22 nokautla) karyerasında ilk olub. O, 2017-ci ildən IBF, 2019-cu ildən WBC, 2022-ci ildən isə WBA kəmərlərinin sahibidir.

Hazırda peşəkar boksda toplam dörd nəfər mütləq dünya çempionudur. Terens Krouforddan başqa, bunlar Devin Heyni (ABŞ, 61,23 kq-a qədər), Cermell Çarlo (ABŞ, 69,9 kq-a qədər) və Saul Alvaresdir (Meksika, 76,2 kq-a qədər).

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button