Ölkə

“Qardaşım vəfat etdikdən sonra həyat yoldaşı hamı ilə əlaqəni kəsdi” – VİDEO

“Oqtay Ağayevin həyat yoldaşı Nadejda Konstantinovna onu çox sevirdi və onunla hər zaman maraqlanırdı. Nadejda Oqtayı “əlində” saxlayırdı. Amma Oqtay dünyasını dəyişəndən sonra Nadejda 180 dərəcə dəyişdi. Sanki həmən Nadejda deyildi. Çox aqressivləşdi”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Oqtay Ağayevin bacısı Ofeliya xanım “O üz” verilişində deyib. 

Verilişin aparıcısı Ülviyyə Xəlilbəylinin “Oqtay müəllimin oğlu Rəşid bəy ağciyər və böyrək xəstəliyindən dünyasını dəyişib. Bundan sonra isə Oqtay müəllimin ürək-damar xəstəliyi daha da dərinləşir və o vəfat edir.

Bu zaman isə onun həyat yoldaşı Nadejda Konstantinovna da yanında olur. Bir neçə ildən sonra isə Nadejda xanım da dünyasını dəyişir” sözlərinə Ofeliya xanım belə münasibət bildirib: 

“Nadejda bu dəyişiklikdən sonra artıq heç kimin telefonuna cavab vermirdi. Bir tək mənimlə ünsiyyət saxlayırdı. Amma anam vəfat etdikdən sonra mənimlə də ünsiyyətini kəsdi. Onu axtarıb tapdığım anda o artıq dünyasını dəyişmişdi. Zəng edib onun nəvəsini çağırdım. Amma əlimizdən heçnə gəlmədi.

O kimə evi satmışdı, həmin şəxsi də biz axtarıb tapdıq. Dedilər ki, bu məsələ ilə bağlı sizə yardımçı olacayıq. Amma mən bu işin arxasıyca getmədim. Deyəcəklər ki, burada “pul tələsi” var, otur yerində, sənlik deyil. Qoy bu işlə nəvəsi məşğul olsun”. 

Verilişin gedişatında aparıcının “Deyirdilər ki, Nadejda xanım depressiya yaşadığı zaman nəvəsini belə qəbul etməyib” fikirlərinə O. Ağayevin bacısının cavabı belə olub: 

“Nəvəsi heç Nadejdanın harada olduğunu belə bilmirdi. Nəvəsi ilə görüşmək üçün onu filan yerə çağırır. Amma sonra ora getmirdi. Daha sonra zəng vurub Nadejda deyirdi ki, bəs, nəvəm Afaq gəlmədi görüşə. Belə şeylər edirdi. Oqtay isə nəvəsi Afaqı çox sevirdi. Afaq onların doğum günlərində hər zaman hansısa hədiyyələr alardı.

Yəni nəvəsini o, gözdən kənarda qoymazdı. Deyirdi ki, o mənim adım, qızımdır. İndi Afaq anası ilə Sankt-Peterburqda yaşayır. Ona görə o, dəfn mərasimlərinə qatıla bilmədi. Yoxsa burada olsaydı, canla-başla iştirak edərdi. Amma onlarla mənim çox yaxşı əlaqələrim var”. 

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button