Ölkə

Həkimlərə ödənilən bonusların məbləği artacaq

Yaxın zamanlarda həkimlərə ödənilən bonusların məbləği artacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.

“Yaxın zamanlarda Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək.

Əlavə olaraq bildirək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqı orta hesabla 3 dəfə artmışdır. 2019-cu il ilə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub”, – agentlikdən qeyd edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button