Siyasət

“FETÖ” terror təşkilatının üzvlərinə qarşı ən sərt tədbirlər görülməlidir”

2016-cı ildə qardaş ölkə Türkiyədə “FETÖ” terror təşkilatının çevrilişə cəhd etməsinin nəticələrini hər kəs gördü. Bütün dünya gördü ki, “FETÖ” necə təhlükəli terror təşkilatıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ictimai birliyinin sədri Toğrul Allahverdiyev deyib.

“Bu terror təşkilatının digərlərində əsas fərqi bundadır ki, silahlı mübarizə aparmaqla yanaşaı həm də təhsil, din vasitəsilə insanların beyinlərinə öz ideyalaırnı yürüdürlər. Sevindirici haldır ki, “FETÖ” terror təşkilatına qarşı mübarizə bügün də aparılır”, – deyə T.Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, “FETÖ” terror təşkilatının üzvlərinin saxlanılması da bu müabirəzinin tərkib hissəsidir. Hər zaman olduğu kimi, bu məsələdə də qərbin ikili standartlarının şahidi oluruq.

“30 il Azərbaycan həqiqətlərinə biganə yanaşan Qərb bu həbslərə görə Azərbaycana təzyiqlər etməyə cəhd göstərir. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycanla təzyiq dili ilə dnaışmaq olmaz. Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda hakimiyyətin təməli hüquqdur, demokraiyadır. Buna görə də məhkəmənin qərarını gözləməliyik. Məhkəmənin qərarından sonra kankret söz söyləmək mümkündür. Vətəndaş cəmiyyəti təşkilatları olaraq “FETÖ” terror təşkilatına qarşı aparılan mübarizəni dəstəkləyirik. Hətta bu mübarizə daha da genişləndirilməlidir, onun üzvlərinə qarşı ən sərt tədbirlər görülməlidir”, – deyə T.Allahverdiyev qeyd edib.

T.Allahverdiyev əlavə edib ki, ilk növbədə xalqımız da ayıq-sayıq olmalıdır.

“Bu terror təşkilatınınü zvlərinin əsas məqsədlərindən biri də Türkiyədə baş verənləri Azərbaycanda da təkrarlamaqdır. Bu terror təşkilatının təhlükəsi olduqca böyükdür, – deyə T.Allahverdiyev qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button