Ölkə

Sabiq baş həkim dələduzluqda ittiham olunur

“Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidov cinayət məsuliyyətinə cəlb edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, V. Seyidov 9 nəfərə yalan vəd verərək onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Keçmiş baş həkim barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb.

Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, V.Seyidov iki il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button