İdman
Türkiyə Super Kubokunun final matçı Bakıda keçirilə bilər
Türkiyə Super Kubokunun final matçının Bakıda keçirilməsi üçün aidiyyəti şəxslərlə əlaqə saxlayacağıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.
D.Özbek “Fənərbağça” ilə oynayacaqları Superkubok finalının Bakıda oynanma ehtimalının olub-olmaması ilə bağlı suala cavabında bunun federasiyanın qərarından aslı olduğunu bildirib.
“Bu, əslində federasiyanın qərarıdır. Əla olardı. Oradakı qardaşlarımızdan da məmnun etmiş olarıq. . Bununla bağlı aidiyyatı şəxslərlə əlaqə saxlayacağıq. Olacağına ümid edirəm”, – deyə o əlavə edib.
Milli.Az