Bu, beynəlxalq və milli hüquq normalarına uyğundur
Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov deyib.
Mahir Abbasov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib: “Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”.
Vaqif Xaçatryan cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud olduğunu vurğulayıb.
Həmçinin qeyd olunub ki, qüvvədə olunan cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.
Milli.Az