Siyasət

Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib

Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən həmin məhkəmə yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında V.Ç.Xaçatryanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov məlumat yayıb.

O qeyd edib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərinə sadiq qalaraq Avropa Məhkəməsinin xahiş etdiyi məlumatları təqdim edəcək.

“Eyni zamanda, Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur. Görünür ki, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə də keçib”, – deyə Çingiz Əsgərov bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button