Uncategorized

Qanın izi ilə gedib anamı tapdıq – Meşəli soyqırımının şahidi

Həmin dövrdə yaşadıqlarım çox ağırdır, o faciələri danışmaq çətindir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə Meşəli soyqırımının şahidi olan, hazırda Goranboyda Meşəli köçkün şəhərciyində yaşayan Roza Qasımova deyib.

O bildirib ki, Meşəli soyqırımı barədə qəhərsiz danışmaq mümkün deyil:

“Mən şəhid qızıyam. Mənim atam öz kəndimizdə şəhid olub. Bununla belə, Xaçatryan kimilərin ürəyi soyumayıb. Ona od vurub yandırıblar. Külünü dəfn etmişik. Amma onu müəmmalı dəfn etmişik, hələ də gözümüz gəzir. İstərdim ki, elə terrorçuların hamısı cinayət məsuliyyətinə cəlb edilsin. Bəlkə, bizə də təsəlli olar. Heç nə ilə təsəlli olmur. İtirdiyimiz, çəkdiyimiz əzab bizim qəlbimizdə sağalmaz yaradır. O, körpədən keçmədi, 80 yaşlı qocadan keçmədi. Zirzəmidə qaldıq. Bir sutka sonra Xocalı polisi, ətraf rayonlardan gəldilər köməyə. Bizə keşik çəkdilər”.

R.Qasımova soyqırımı ilə bağlı heç vaxt unuda bilmədiyi acı xatirəsini də dilə gətirib:

“Atam şəhid olmuşdu, anam yaralı idi. Qar yağmışdı. Anam atamın paltarlarını götürüb getmişdi. Qanın izi ilə gedib onu tapdıq. Laçının baş həkimi gəlib anamı apardı, müalicə etdi. Bir həftə sonra gətirib bizə təhvil verdi”.

O qeyd edib ki, Xaçatryan kimilərinin cəzası verilməlidir ki, faciədən sağ qurtulanlara təsəlli olsun:

“O faciəni bir də heç kim görməsin. Bizə bu cəzanı verən qatillər yaxşı cəzalanmalıdır. Novruz dayımın ailəsindən heç kim sağ qalmadı”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button