Ölkə

Meşəlidə quldur dəstələri heç kimə rəhm etmirdi

Meşəlidə ermənilərin törətdiyi faciə nəticəsində yaxınlarımızı – anamızı, atamızı, qardaş-bacımızı, qohumlarımızı itirdik. Qətlə yetirilənlər arasında körpələr, məktəblilər də var idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Meşəli faciəsinin canlı şahidlərindən olan kəndin sakini Dilbər Mehralıyeva deyib.

“Vaqif Xaçaturyan kənddəki qətliamı tək deyil, 500-dən çox üzvü olan qruplaşmış terror dəstəsinin birgə hücumu nəticəsində həyata keçirib. Qəddar quldur dəstələri yaşından asılı olmayaraq heç kimə rəhm etmirdi. Üzümü Avropa dövlətlərinə, dünya ictimaiyyətinə tutub deyirəm, axı bizim günahımız nə idi ki, başımıza bu cür faciə gətirildi. Həmin o Xaçaturyandan soruşsunlar, biz onlara nə etmişdik ki, kənd camaatını qətlə yetirdilər. Biz 32 ildir ki, həmin faciənin ağrılarını, acılarını bir an da olsun unuda bilmirik. İstəyimiz odur ki, Vaqif Xaçaturyan və Meşəli faciəsində əli olan digər cinayətkarlar da tutulub məhkəmə qarşısında cavab versin, şəhidlərimizin qanı yerdə qalmasın”, – deyə Meşəli kəndinin sakini Dilbər Mehralıyeva vurğulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button