İdman

Konfrans Liqası: “Fənərbağça” darmadağınla mərhələ adladı

Türkiyənin “Fənərbağça” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada “Zimbru”nun qonağı olub.

Kişineuda “Zimbru” stadionunda oynanılan qarşılaşma “bülbüllər”in darmadağını ilə başa çatıb – 4:0. Qolları 48-ci dəqiqədə Duşan Tadiç, 57 və 59-cu dəqiqələrdə Mişi Batşuayi, 77-ci dəqiqədə isə İsmail Yüksek vurub.

Qeyd edək ki, “Fənərbağça” Türkiyəki ilk matçda rəqibinə 5 cavabsız qolla qalib gəlmişdi. Beləliklə, III təsnifat mərhələsinə adlayan İstanbul klubu bu raundda “Maribor” (Sloveniya) / “Differdanj” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:30. “Zimbru” (Moldova) – “Fənərbağça” (Türkiyə) – 0:4

Qollar:
Duşan Tadiç, 48. Mişi Batşuayi, 57; 59. İsmail Yüksek, 77

İlk oyun 0:5

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button