Ölkə

Vasif Talıbov Ali Məclisin komitə üzvü seçildi

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da var.

V.Talıbov Sosial siyasət komitəsinin, S.Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb.

Komitə sayı 6-dan 4-ə endirilib, 2-si ləğv edilib. Komitələr daimi fəaliyyət göstərəcək. Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button