Ölkə

Ucarda qəza: piyada öldü

Ucarda piyadanı maşın vuraraq öldürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Bərgüşad-Qazyan kənd yolunda qeydə alınıb.

“Ford” markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Rəşidovun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button