İdman

“Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşdi

“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” “Beşiktaş”la qarşılaşacaq.

İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button