Siyasət

XİN Gürcüstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, – başsağlığında deyilir.

Qeyd edək ki, Gürcüstanın qərbində Şovi kurort bölgəsində avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib. İndiyədək hadisə nəticəsində həlak olan 6 nəfərin cəsədi aşkarlanıb. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button