Ölkə

Polkovnik-leytenantla həkim cinayət məsuliyyətinə cəlb edildi

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının bölmə rəisi polkovnik-leytenant İslam Məmmədov və Ege Hospitalın həkim-mütəxəssisi Pərvanə Rüstəmova cinayət məsuliyyətinə cəlb olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hospitalın Onkologiya şöbəsinin rəisi İslam Məmmədov dələduzluqda, Pərvanə Rüstəmova isə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihama görə onlar birgə cinayət əlaqəsinə giriblər.

İş üzrə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və 10 nəfər zərərçəkmiş qismində tanınıb.

İ.Məmmədova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və 341.2.1 ( vəzifə səlahiyyətlərini aşma), P.Rüstəmovaya isə 341.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil, onlar barəsində istintaq dövrü müddəti üçün alternativ qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button