Ölkə

Bakıya gələn Hüseyn özünə “BMW” gətizdirdi

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov yenidən Bakıya gəlib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat verib. 

Hüseyn özü ilə Moskvadan parlaq qırmızı “BMW” markalı lüks idman avtomobilini gətirib.

Sənətçi Heydər Əliyev hava limanında nəqliyyat vasitəsini evakuator üzərində hərəkət edərkən çəkdiyi görüntüləri “Instagram” səhifəsində izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, üç il əvvəl mayın 9-dan 10-na keçən gecə Hüseyn Həsənov ciddi şəkildə yol hərəkət qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Gecə saatlarında Moskva küçələrində avtomobil idarə edən bloger nömrəsini gizlədib. Polis maşını saxlayanda isə Hüseyn protokolu imzalamaqdan imtina edib. Növbəti günlərdə isə Hüseynin əlindən sürücülük vəsiqəsi alınmışdı. Ötən günlərdə isə bloger yenidən imtahan verərək, sürücülük vəsiqəsini əldə edib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button