Ölkə

oğlu ağır xəsarət aldı, nəvəsi öldü

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button