İdman

Mahir Emreli qərarını verdi – “Qarabağ”a qayıdır, yoxsa?..

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Qarabağ”a qayıtmaq ehtimalının olması haqda xəbər vermişdik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə ki, futbolçu Xorvatiya superkubokunun “Hayduk”la görüşündə meydana buraxılmadığı üçün komandadan ayrılmaq fikrinə düşmüşdü.

Ağdam təmsilçisinin də, ona təklif göndərməsi Emrelinin geri qayıtmaq ehtimalını daha da artırmışdı.

Milli.Az bildirir ki, sportal.az-a verilən məlumata görə, Emreli böyük ehtimalla “Dinamo”da qalacaq.

Belə ki, Zaqreb klubunun baş məşqçisi İqor Bişçan millimizin üzvü ilə danışaraq ona güvəndiyini və oynamaq imkanı tanıyacağına inandırıb.

Məhz bundan sonra da xorvatiyalı mütəxəssis Emreliyə həm yerli çempionat oyunlarında, həm də avrokuboklarda şans verib.

26 yaşlı futbolçunun Xorvatiya çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button