İdman
“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
“Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Milli.Az bildirir ki, bu gün keçirilən püşkatma zamanı Azərbaycan klubu 2-ci qrupda yer alıb.
III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin cütü səpələnməmişlər səbətində olub.
“Neftçi” III raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
Milli.Az