Uncategorized

Tıxaclı günlərə az qalır

Yay aylarında Bakıda tıxacların azalması müşahidə olunur. Xüsusilə orta məktəblər bağlandıqdan, ali təhsil müəssisələrinin yay tətilinə çıxmasından sonra Bakıda nəqliyyat sıxlığı xeyli seyrəlir. Ekspertlər də bu amilin önəmli rol oynadığını hesab edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Trend-in sualını cavablandırarkən bildirib ki, tıxacların azalması yay mövsümü ilə əlaqədardır.

“Əsas səbəb odur ki, hazırda orta məkblərdə, ali təhsil müəssisələrində dərslər yoxdur, insanların əksəriyyəti istirahətdədir. Ona görə də avtomobil yollarında gərginlik azalıb”, – deyə o, əlavə edib.

Ekspert qeyd edib ki, sentyabrın 1-dən tıxaclar artmağa başlayacaq.

“Sentyabrın 15-dən sonra isə tıxaclar yenidən artacaq. Tıxacların qarşısının alınması üçün ictimai nəqliyyatın fəaliyyəti yaxşılaşdırılmalıdır”, – deyə Ə.Hüseynov vurğulayıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button