İdman

Nicat Abasov Dünya Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda Aniş Giriyə (Niderland) tay-brekdə qalib gələrək dördüncü raunda yüksəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, üçüncü raundda ümumi hesab: Nicat Abasov – Anişem Giri (Niderland) – 4.5: 3.5.

Dördüncü raundda (kişilər arasında dünya çempionatının 1/16 final mərhələsi) Nicat Abasovun rəqibi Petr Svidler (FİDE) olacaq. Dördüncü turun ilk partiyası avqustun 9-da baş tutacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakıda keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button