Uncategorized

“Parkovşik”lər hələ də pul yığır – VİDEO

Bu gündən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almaq və qanunsuz ödənişlər etməmək tövsiyə edilir. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılır.

Lakin sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, parklanmaya görə nəzərdə tutulan ödənişlərin yığımı bəzi yerlərdə yenə nağdsız qaydada həyata keçirilmir. Belə ki, videogörüntülərdə Xaqani küçəsində “parkovşik”lərin pul yığdığına dair iddialar yer alır.

Bundan başqa vətəndaşların Trend-ə bildirdiyinə görə, mərkəz və 1-ci zonaya daxil olan digər yerlərdə də nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağd qaydada aparılmasına rast gəlinir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Belə ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir.


Ödənişlər isə mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə edilir. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırma həyata keçiriləcək. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunublar.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button