Ölkə

Əsas məqsədimiz budur – Qəmzə Yusubova

Bugün Azərbaycanın bir sıra Qeyri Hökumət Təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdıqlarını elan ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova bildirib ki, “Environmental Protection First” koalisiyasının təsis edilməsində əsas məqsəd QHT-lərin Ermənistanın ətraf mühitdə yaratdığı ciddi fəlakətlə mübarizəni gücləndirməkdir.

“15 milyondan çox əhalisi olan Cənubi Qafqaz regionunun bu gün Ermənistanın dağ mədən müəssisələrinin zərərli kimyəvi tullantılarının ətraf mühitdə yaratdığı böhranla üz-üzə olduğunu vurğulayıb.”

Q. Yusubova bildirib ki, Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantıları Azərbaycanla sərhəd zonasında su resurslarına və ətraf mühitə çox ciddi ziyan vurduğu aşkarlanıb.

“Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olur. 30 il ərzində bizim ərazilərdə ermənilər tərəfindən minaların basdırılması və törədilən dağıntılar insanları narahat edirdi. Azərbaycanın vətəndaş cəmiyyətinin liderləri olaraq, bu məsələlərdən çox ciddi narahatçılığımızı bildirmişdik. Eyni zamanda bizi maraqlandıran suallarla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmiş, qaldırılan problemlərlə bağlı Paşinyandan həmin məsələləri diqqətə almasını onun nəzərinə çatdırmışdıq. Lakin Paşinyan tərəfindən bizim məktubumuza heç bir reaksiya verilmədi. Hətta Ermənistan beynəlxalq ekspertlərə yerində vəziyyəti qiymətləndirməyə belə şərait yaratmadı. Bildiyiniz kimi, xarici ölkə QHT-ləri də buna bənzər bəyanatlar vermişdilər və öz narahatçılığını bildirmişdilər”.

QHT sədri bildirib ki, Ermənistanın dağ-mədən sənayesindəki proseslərini, bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi Koalisiyanın əsas işi olacaq:

“Biz bu işdə, koalisiyanın fəaliyyəti zamanı Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməyinə ümid edirik. Çünki həmin bu təşkilatlar Azərbaycanda, Ermənistanda bir qrup mütərəqqi fikirli vətəndaş cəmiyyəti liderləri, dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində insanların sağlamlığının risk altında qaldığından çox narahatdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistan rəhbərliyinə müraciət etmişdilər. Ermənistan rəhbərliyi bu təşkilatları sıxışdırmağa belə başlayıb. Biz isə düşünürük ki, koalisiyanın fəaliyyəti, Ermənistanda boğulan həmin bu vətəndaş cəmiyyətinin də səsi olacaq. Bundan başqa, koalisiyanın Cənubi Qafqaz əhalisinin səsi olacağını və Gürcüstanın vətəndaş cəmiyyəti qurumlarının da məsələdə bizə çox ciddi dəstək göstərəcəyinə ümid edirik”.

Q. Yusubova həmçinin Ermənistanın bu fəaliyyətinin BMT- nin Dayanıqlı İnkişaf Məqsədlərinə zidd olduğunu da qeyd edib:

“Bu gün bütün dünya BMT nin Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühitin problemlərinin həlli üçün əzmlə çalışır. Ermənistan üçün isə bunun heç bir əhəmiyyəti yoxdur. Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayır. Təəssüf edirik ki, apardığımız ilkin monitorinqlər göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər ictimaiyyətə açıq olması zəruri hesab edilən bu sənədləri ört-basdır edir. Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq, ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə tanış olmaq istəyirik”, – deyə o qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button