Ölkə

Muğanlı-Qəbələ yolundakı qəza ilə bağlı rəsmi açıqlama

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı -Qəbələ avtomobil yolunda qəza baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

“Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”, – rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlarda qəzaya düşən avtobusda çox sayda turistin yaralandığı iddia olunurdu.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button