İqtisadiyyat

“Bu xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcək”

Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu çərşənbə axşamı Trend-ə Özbəkistanın Nəqliyyat Nazirliyi yanında nəqliyyat və logistikanın inkişafı problemlərinin öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov deyib.

Onun sözlərinə görə, Özbəkistan üçün hazırda dəhliz yüklərin daha qısa zaman müddətində Avropa İttifaqı (Aİ), o cümlədən Azərbaycan bazarlarına çatdırılmasına imkan yaradır.

“Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin ilbəil artdığını nəzərə alsaq, bu dəhlizin də vacibliyi və əhəmiyyəti artır. Çünki o bu iki ölkə arasında qurudakı məsafəni azaldacaq və yükdaşıma qiymətlərini aşağı salacaq ki, bu da xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcək”, – deyə , vurğulayıb.

B.Xolmatov qeyd edib ki, Özbəkistan Zəngəzur dəhlizinin açılacağına inanır və Azərbaycanı bu layihənin həyata keçirilməsində dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Zəngəzur dəhlizinin 110,4 km uzunluqda Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi üzrə işlər 80 faiz yerinə yetirilib, 64,3 km məsafəyə kimi rels-şpal çərçivələri quraşdırılıb. Həmçinin, 334 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 20-si müxtəlif ölçülü körpülərdir. Hazırda dəmir yolu xəttinin 68-84 km aralığında torpaq və mühəndis qurğularının tikintisi işləri həyata keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button