Siyasət
“Azərbaycanla əməkdaşlığımız regionda sülh üçün şərait yaradıb”
Azərbaycanla əməkdaşlığımız regionda sülh üçün şərait yaradıb.
Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycanla əməkdaşlığımız nəticəsində 30 il işğal altında olan, Azərbaycanın ayrılmaz hissəsi Qarabağ geri qaytarıldı” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edərək əlaqələrini daha da möhkəmləndirəcək.
Milli.Az