İdman

“Qalatasaray” Sloveniya klubunu darmadağın edib

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

II raundda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” Polşada Kiprin “Aris” klubunu məğlub edib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya”nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

22:00. “Rakuv” (Polşa) – “Aris” (Kipr) – 2:1

Qollar: Vladislav Koçergin, 7. Fabian Pyasetski, 63 – Mixlali Mayambela, 89

22:00. “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) – 0:0

22:30. PSV (Niderland) – “Şturm” (Avstriya) – 4:1

Qollar: İsaak Babadi, 4. Luk de Yonq, 22; 32. İbrahim Sanqare, 73 – Con Qorents-Stankoviç, 40

22:45. “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) – 2:1

Qollar: Arni Frederiksberq, 64; 86 – Maqnus Eykrem, 49

23:00. “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) – 0:3

Qollar: Kerem Aktürkoğlu, 9. Dris Mertens, 48. Halil Dervişoğlu, 90+1

23:00. “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) – 3:0

Qollar: Bruma, 17. Pitsi, 19. Tiaqu Calo, 87

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button