Ölkə

Dənizdə batan qızları xilas etmək istəyən gənc özü də boğuldu

Lənkəranın Sütəmurdov kəndi ərazisində yaşanan faciənin təfərrüatı məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Belə ki, dənizdən meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

Milli.Az “report”a istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva isə FHN-nin xilasediciləri tərəfindən sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızı olublar. Qızların boğulduğunu görən Ramin özünü çatdırıb və onlardan birini xilas edə bilib. Lakin ikinci cəhdi uğursuz olub və Aysunu xilas edərkən hər ikisi boğulub.

Meyitlər dənizdən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılıb.

Xatırladaq ki, dünən eyni ərazidə beş nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan ikisi dünyasını dəyişib, üçü xilas olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button