Ölkə

Azərbaycan hərbi hava qüvvələri dünyanın ən güclüləri sırasındadır

Azərbaycan və Türkiyə hərbi hava qüvvələri dünyanın ən güclüləri sırasındadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, “Global Firepower” araşdırma şirkəti 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısını açıqlayıb.

Dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısı müəyyən edilərkən ölkələrin təyyarələrinin sayı, istifadə olunan təyyarələrin xüsusiyyətləri, pilotların və hərbçilərin sayı kimi bir çox amillər nəzərə alınıb.

Azərbaycan və Türkiyə 2023-cü ilin dünyanın ən güclü hərbi hava qüvvələri siyahısında yer almaları ilə diqqət çəkib. Şirkətin hazırladığı 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələri siyahısında Azərbaycan və Türkiyə bir çox ölkəni geridə qoymağı bacarıb.

Beləliklə, Azərbaycan siyahıda 57, Türkiyə isə 9-cu yerdə qərarlaşıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button