Uncategorized

MİT İranın casus şəbəkəsini zərərsizləşdirdi – azərbaycanlılar da var – FOTO

Türkiyə kəşfiyyatı İstanbul Hava Limanında əməliyyat keçirib və bu əməliyyat zamanı İŞİD terror təşkilatının dünyanın ən müxtəlif ölkələrində təqribən 10 min üzvü barədə məlumat bazasını əldə edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tək terrorçular haqqında onların bacarıqlarından tutmuş yaşayış yeri və şəxsiyyət məlumatlarına qədər bioqrafik məlumatları özündə əks etdirən bu məlumat bazasının mövcudluğu MKİ və Britaniyanın Mİ6-dan tutmuş İsrail “Mossad”ına qədər əksər kəşfiyyat orqanlarına məlum idi.

İstanbul polisi qarşıdan gələn “rəqəmsal yük” mübadiləsi barədə İŞİD-ə bağlı şəxslərin telefonlarının dinlənilməsi zamanı öyrənib. Məlumat bazasına sahib olan İŞİD üzvləri onu İran kəşfiyyatı ilə əlaqəsindən xəbərsiz 5 nəfərə 9 milyon dollara satmağa razılaşıblar. “Alıcılar” arasında iki azərbaycanlı da olub:

Seymur Rzayev – İran əsilli Azərbaycan vətəndaşıdır, İranda pilotsuz uçan aparatların hazırlanması üzrə gizli layihədə iştirak edib.

Hikmət Əliyev – İran vətəndaşıdır, Türkiyə ilə türk ölkələri arasında yük daşımaları ilə məşğul olan şirkətə rəhbərlik edir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button