Siyasət

Regionda dəyişən vasitəçəlik balansı – Qərb və Rusiyanın Qarabağ “tamaşası”

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində regional siyasi proseslər haqqında geniş fikirlər bildirdi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

“Müsahibə kifayət qədər geniş və dolğun idi. Burada bir sıra məqamlar diqqət çəkirdi. İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi zamanı müsahibələri qələbəmizdə mühim rol oynadı. Biz informasiya müharibəsinin iştirakçılarıyıq. Eyni zamanda Prezident İlham Əliyev “Euronews”a müsahibəsində bir incə detala diqqət çəkdi ki, bizim üçün danışıqlarda kimin dominant olması, danışıqları inhisara alması ilə bağlı gözləntilərimiz yoxdur. Bu rəsmi Bakının müxtəlif vasitəçilərlə bağlı mövqeyini əks etdirir. Vətən müharibəsində qalib gələn dövlət üçün ən önəmlisi milli maraqlarımızın reallaşması, beynəlxalq hüquqa söykənən ədalətli mövqeyimizin həyata keçməsidir. Reallıqda bundan ibarətdir ki, Vətən müharibəsindən sonra Rusiyanın vasitəçilik imkanları çox geniş idi. 2021-ci ildə bu vasitəçiliyi geniş şəkildə reallaşdırmaq istəmədi. Rusiya- Ukrayana müharibəsi ilə bağlı Qərb təşəbbüsü ələ aldı və çox aktiv sürətdə regiona nüfuz etdi”, – deyə o, qeyd edib.

İ.Hüseynov qeyd edib ki, 2021-ci ilin dekabr ayından Avropa İttifaqı Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşlər müəyyən dərəcədə effektiv və nəticəyönümlü idi.

“Bir sıra humanitar əsaslı problemlər müzakirə olundu və sülh müqaviləsinin imzalanaması ilə bağlı gözləntilər getdikcə artırdı. Biz istəməzdik ki, Cənubi Qafqaz qlobal müharibənin bir elementinə çevrilsin. Lakin bizim maraqlarımız təmin olunmalıdır. Qarabağda olan ermənilərin reinteqrasiya prosesi sürətlənməli, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalı, Azərbaycan ərazisində separatizmə təşviq etməməli və maliyyə yardımı ayırmamalıdır. Bu narrativlər sülhün qazanılmasının yeganə yoludur. Ermənistan isə öhdəliklərindən boyun qaçırıb, revanşizm ideologiyasının gücləndirəcək addımlar atıb. Bu qəbuledilməz yanaşmadır və tezliklə aradan qaldırılmalıdır”, – deyə o, əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button