Ölkə

İdman zallarında qiymətlər artıb – VİDEO

Biri fitnes zalnda məşq edir. Başqaları isə kikboksla məşğuldur. Bu azyaşlılar isə cüdo müəllimindən fəndlər öyrənirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yay ayı olduğu üçün idman klublarına üz tutanların sayı artıb.

İdman zallarında fitnes, həmçinin digər idman növləri üzrə dərslər fərdi qaydada və ya qrup halında olur. Əvvəlki vaxtlarla müqayisədə fitnes zallarında aylıq qiymətlər nisbətən artıb. Həftədə üç dəfə zalda məşq etməklə, limitsiz məşq etməyin arasında da qiymət fərqləri var.

Fərdi qaydada müəllimlə məşq etməyin qiyməti isə fərqlidir. Burada həmin şəxsə məşqin xırdalıqları öyrədilir və effektiv olması üçün göstərişlər verilir.

Fitnesslə yanaşı xüsusilə azyaşlılar idman növləri ilə də məşğul olmaq üçün zallarına üz tuturlar.

“Burada fərdi məşqlər 200-250 manat arasındadır”.

“Amma qrup halında olanda ucuz başa gəlir”.

Qeyd edək ki, idman zallarında qiymət artımının əsas səbəbi alətlərin bahalaşmasıdır. O da bildirildi ki, hələlik idman zallarında növbəti qiymət artımının olacağı gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button