İdman

“Sabah”la bağlı bütün məlumatlar bizə ötürülüb”

“Mateus Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini bildirib:

“Komanda 2017-ci ildən yarandığı üçün zəif və ya güclü olduğunu söyləmək çox çətindir. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdur. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. “Sabah”ın heyətində bir-iki maraqlı futbolçu var. Ciddi rəqibdir. Bununla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər”.

Serbiyalı mütəxəssis “Sabah”dakı həmkarı Murad Musayevin keyfiyyətli məşqçi olduğunu söyləyib:

“Gəncdir, komandasında istedadlı oyunçular var. Topu itirəndə daha təhlükəli olurlar. Ehtiyatlı olmalıyıq, sürətli futbolçuları var. Maraqlı və çətin oyun olacaq”.

Qeyd edək ki, avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button