Ölkə

Avtobus körpüdən aşağı düşdü – Çox sayda xəsarət alan var

Türkiyənin İstanbul şəhərində hava limanının işçilərini daşıyan avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdə olan körpüdən boş sahəyə düşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və jandarmalar cəlb edilib.

Qəza zamanı avtobusda 47 nəfər olub və hadisə nəticəsində 29 nəfər xəsarət alıb.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyəti barədə məlumat verilmir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button