Uncategorized

Ermənistan müxtəlif iddialar yaymaqla sülh prosesinə maneçilik törədir – Ceyhun Bayramov

Ermənistan bölgədə qəsdən vəziyyəti gərginləşdirir, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneçilik tördərir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı deyib.

C.Byaranov Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna baxmayaraq ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button