İdman
Avropa Liqası: “Qarabağ” HİK-i qəbul edəcək
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın “Qarabağ” klubu Finlandiyanın HİK klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.
Bundan əlavə, bu gün Avropa Liqasında “Jalgiris” – “Hekken”, “Slavia” (Praqa) – “Dnepr-1”, “Şerif” – BATE, “Zrinski Mostar” – “Breydablik”, “Olimpiakos” – “Genk” oyunları da keçiriləcək.
Milli.Az