Ölkə

52 yaşlı qadının ərinə AD GÜNÜ SÜRPRİZİ faciə ilə nəticələndi

Moskva vilayətinin Ramenskoye şəhərində 52 yaşlı qadın və əri hava şarı ilə uçuş zamanı yanıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın ərinə ad günündə sürpriz etmək üçün Günəşin doğuşunu hündürlükdə birlikdə qarşılamaq istəyib. Lakin ad günü faciə ilə bitib.

Şar havaya qalxdığı zaman alov şlanqı qopub və nəticədə qadının üzərindəki paltar alışıb.

Ağır xəsarətlər alan qadın yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ona 1-ci, 2-ci və 3-cü dərəcəli baş, üz, boyun, əllər, sol ayaq və bud nahiyəsinin – bədən səthinin 32% yanıqları, həmçinin yanıq şoku diaqnozu qoyulub.

Kişidə isə bədən səthinin 12%-i yanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button