Qəzaya düşən müğənninin son halı
Xəbər verdiyimiz kimi, rusiyalı müğənni Lada Dens bir neçə gün əvvəl avtomobil qəzası keçirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, üzündən iki dəfə əməliyyat olunan müğənninin son halı sosial şəbəkələrdə yayılıb.
Müğənninin meneceri Sergey Pudovkin isə onun səhhəti ilə bağlı bunları yazıb:
“İndi ən vacib şey onun reabilitasiyası və qəzanın ciddi nəticələrinin olmamasıdır. Bu gün müğənni ailəsi və dostları ilə söhbət edib. Üzündəki kosmetik problemlərlə bağlı məsələlər həll edilir, bütün lazımi prosedurlar həyata keçirilir”.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Krım magistralının 52-ci kilometrliyində baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Kəllə-beyin travması alan sənətçi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xəstəxanaya çatdırılıb.
Milli.Az