Ölkə

Bank kartlarınızla xaricdə bu qədər məbləği nağdlaşdıra biləcəksiniz…

Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövcud  qaydalara  Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib.

“Köçürmə formasından  asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib.”

Həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel  xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycana ait bank kartları vasitəsilə, fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min  ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırıla biləcək.

İqtisadçı ekspert Elşad Məmmədov qeyd edib ki, Mərkəzi Bank tərəfindən tətbiqi nəzərdə tutlan yeni qaydalar xarici ticarətə  stimul verəcək

Elşad Məmmədov qeyd edib ki, xarici valyutada əməliyyatlarının aparılmasının  sadələşdirilməsi məqsədə uyğundur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button