Ölkə

Mağazada keçmiş arvadını bıçaqlayan şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Şamaxıda keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan Elton Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Pravda.az-a istinadən bildirir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində E.Hüseynov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: E.Hüseynov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub. O, Şamaxı rayonunda M.Ə.Rəsulzadə küçəsində yerləşən “Ucuzluq” mağazasında keçmiş həyat yoldaşı Xanım Teymurovaya çoxsaylı bıçaq zərbələri endirib. X.Teymurova həyat yoldaşı ilə münasibətləri pis olduğuna görə bir müddət əvvəl boşanıbmış. Amma buna baxmayaraq E.Hüseynov ona hədə-qorxu gəlməkdə davam edib. Sonuncu dəfə onu izləyərək mağazada yaxalayıb. E.Hüseynov ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq keçmiş arvadına bıçaq zərbələri endirib. Onun öldüyünü düşünərək hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya çatdırılan X.Teymurovanın həyatını xilas etmək mümkün olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button