Ölkə

Qalmaqallı cütlük ayrıldı

Türkiyə serial reytinqlərində ön sıralarda yer alan “Yalı Çapkını” serialında əsas rolları canlandıran aktyorlar Mert Ramazan Demir və Afra Saraçoğlu sevgi münasibətlərini bitiriblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, cütlük arasında ilk olaraq dostluq münasibətləri yaranıb. Bu yayın əvvəlində isə onlar çıxdıqları yay tətilində kameraların obyektivinə öpüşərkən yaxalanıblar.

Türkiyə mediasında yayılan xəbərlərə görə, onlar artıq ayrılıblar. Qardaş ölkənin TV-lərinin birində yayımlanan “2. Sayfa” proqramında yer alan xəbərə görə, yaşadıqları az müddətli eşq ilə gündəmə gələn cütlük kameralardan uzaq gəzmələri ilə diqqət çəkiblər. Onların bunu reklam xatirinə etdiyi önə sürülüb. Tərəflər bu barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, aktrisa Afra Saraçoğlu daha öncə Mert Yazıcıoğlu ilə dörd illik sevgi münasibətini bitirərək rol yoldaşı Mert Ramazanla eşq yaşamağa başlamışdı.

Tural

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button