Siyasət

“Acından ölürük” deyən ermənilərin Xankəndidə dəbdəbəli toyları

Ermənilərin Azərbaycanın Xankəndi şəhərində, iddia edildiyi kimi, “humanitar böhran” içərisində yaşamadığı artıq heç kimə sirr deyil. Bunu ermənilərin özləri də etiraf edir. Ermənilərin avqustun 9-da Xankəndidə dəbdəbəli toy mərasimi real vəziyyəti bir daha aydın göstərir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Niderlandakı səfiri Rəhman Mustafayev “X”də paylaşdığı videoda da göründüyü kimi, ermənilər firavan həyat yaşayırlar.

Aylardır ki, Ermənistan tərəfi təkidlə Xankəndidə ermənilərin “humanitar böhran” içərisində yaşadığını, guya Azərbaycanın onları blokadada saxladığını iddia edir, dünyaya car çəkir. Ancaq məlum toy videosu Ermənistanın bütün yalanlarını ifşa edir və ermənilərin şadyanalıq içərisində yaşadığını göstərir, “humanitar böhran”dan isə heç bir əsər-əlamət yoxdur.

Bütün bunlar Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığında bilərəkdən avtomobil karvanı toplamasının siyasi şou olduğunu bir daha sübut edir.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button